Naxçıvan Şəhər İcra Hakimiyyəti basçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və şöbənin böyük məsləhətçisi Pərvin Səfərov şəhid Balabəyli Elcan Vasif oğlu, Ələkbərov Bağır Əsəd oğlu və Qasımov İbrahim Malikəjdər oğlunun ailələri ilə görüş keçirərək İcra hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyevin salamlarını çatdırıb və onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizə, Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.