11 avqust 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. İntellektual oyunda Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət qurumlarının, idarə və təşkilatların komandaları iştirak ediblər.
Şahmat Mərkəzində keçirilən intellektual oyunda 30 nəfər iştirakçı öz bilik və zəka bacarıqlarını nümayiş etdiriblər.
İntellektual oyunun nəticələrinə əsasən Naxçıvan Şəhər İcra Hakimiyyətinin komandası I yerin, Naxçıvan Şəhər Statistika İdarəsinin komandası II yerin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin komandası isə III yerin qalibi olub.
Sonda qalib komanda və komanda üzvləri təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, gənclərin intellektual inkişafına töhfə verən bu tədbir dostluq, rəqabət və zəkanın birgə qələbəsinə çevrildi.