Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən sərgi-satış yarmarkası ilə tanış olub

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 oktyabr 2025-ci il tarixdən keçirilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların əl işlərinin sərgi-satış yarmarkası ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı və kollektivi də tanış olub.
Sərgiyə baxış zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev və kollektiv üzvlərinə sərgi iştirakçıları tərəfindən yaradılan əl işləri, rəsm əsərləri, bədii tərtibat nümunələri və dekorativ sənət nümunələri təqdim olunub.
İcra Hakimiyyətinin başçısı Cabbar Musayev yaradıcı şəxslərin bacarığını yüksək qiymətləndirib, belə tədbirlərin sosial inteqrasiyanın və qadınların iqtisadi fəallığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Cabbar Musayev qeyd edib ki, sərgi-satış yarmarkası həm sosial layihə, həm də yaradıcı təşəbbüslərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlər istedadlı insanların cəmiyyətə inteqrasiyasına, onların istehsal və yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaradır.
Sonda Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi sərgidən 100-dən artıq əl işi satın alıb, bununla da məhdud fiziki imkanlı şəxslərə və istedadlı qadınlara dəstək göstərilib.