Naxçıvan Şəhər İcra Hakimiyyətinin “Hüquq marafonu” layihəsi çərçivəsində yeniyetmələr arasında atletikanın qaçış növü üzrə birincilik keçirilib

3 sentyabr 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli" ilə bağlı olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Hüquq marafonu” layihəsi çərçivəsində yeniyetmələr arasında atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən birincilikdə ümumilikdə 20 atlet 60, 100 və 400 metr məsafələrdə güclərini sınayıblar.
60 metr məsafə üzrə Cəbrayıl Mirzəli I yerin, Ömər Musayev II yerin və Əli Abbasov III yerin, 100 metr məsafə üzrə Alcəfər Musayev I yerin, Qəhrəman Qəhrəmanov II yerin və İbrahim Məmmədli III yerin və 400 metr məsafəyə qaçış üzrə isə Şahin Kazımlı I yerin, Eldar Hüseynli II yerin və Mirməcid Seyidov III yerin qalibləri olublar.
Birinciliyin sonunda qalib atletlər diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd gənclərin sağlam ruhda böyüməsinə şərait yaratmaq, onların idmana marağını artırmaq və "Konstitusiya və Suverenlik İli"ni qeyd etmək olub.