Bu münasibətlə 5 iyun 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib. İcra hakimiyyəti kollektivinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Ülviyyə Novruzovanın iştirak etdiyi tədbirdə namizədliyi irəli sürülən İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəfail Əhmədov yekdil səslə Komitənin sədri seçilib. Eyni zamanda İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şəbəsinin böyük məsləhətçisi Nail Əliyev sədr müavini seçilib.
Hər iki əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.