Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Urumçi şəhərində keçirilən Beynəlxalq Kənd Təsərrüfatı Texnikası 2025 Sərgisində iştirak edib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Çin Xalq Respublikasının Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Kənd Təsərrüfatı Texnikası 2025 Sərgisinin açılış mərasimində iştirak edib.

Sərgi çərçivəsində Çin Xalq Respublikasında istehsal olunan müxtəlif növ kənd təsərrüfatı texnikası ilə tanış olunub, bu sahədə tətbiq olunan müasir və innovativ texnoloji həllərə baxış keçirilib.
Təqdim olunan texnologiyaların kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılmasına, resurslardan daha səmərəli istifadəyə və aqrar sahədə müasir idarəetmə mexanizmlərinin formalaşmasına verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində eyni zamanda, gələcək əməkdaşlıq imkanları və təcrübə mübadiləsi istiqamətində ilkin razılaşmalar da əldə olunub.