Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində Urumçi Beynəlxalq Quru Limanı ilə tanış olub.

Görüşdə Limanın fəaliyəti haqqında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevə geniş məlumat verilib, Limandan dəmir yolu və avtomobil nəqliyyatı ilə yüklərin daşınması prosesi nümayiş etdirilib. Çin və başqa uzaq Şərq ölkələri ilə digər ölkələr arasında hər il artan ticarət dövriyyəsində Urumçi Beynəlxalq Quru Ticarət Limanının operativ və dəqiq fəaliyyəti çox vacibdir.
Həmçinin Zəngəzur dəhlizinin açılmasından sonra həmin marşrutlar üzrə yüklərin daha sürətli çatdırılması mümkün olacaqdır. Bu istiqamətdə Naxçıvanın strateji mövqeyi əvəz olunmazdır.
Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın logistik əhəmiyyətinin artması, həmçinin Naxçıvanda yeni logistik mərkəzlərin, anbarların və quru limanının qurulması müzakirə edilib. Bütün xidmətlərin belə mərkəzlərdə birləşdirilməsi, yüklərin daha sürətli tranzitinə şərait yaratması xüsusi vurğulanıb.