Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Cenevrədə beynəlxalq sessiyada iştirak edib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 8–10 oktyabr 2025-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Mənzil, Şəhərsalma və Torpaq İdarəçiliyi Komitəsinin 86-cı sessiyası (86th session of the Committee on Housing, Urban Development and Land Management) çərçivəsində təşkil olunan brifinglərdə iştirak edib.
Sessiyanın əsas məqsədi şəhərsalma, davamlı mənzil siyasəti və torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübə mübadiləsi aparmaq, eyni zamanda yaşıl və dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində əməkdaşlığı gücləndirmək olub.
Cenevrədə keçirilən 86-cı sessiya müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirib. Tədbir iştirakçıları şəhər mühitinin yenilənməsi, torpaqdan səmərəli istifadə, yaşıl infrastrukturun təşviqi və ekoloji risklərin azaldılması kimi mövzular üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 86-cı sessiya (86th session of the Committee on Housing, Urban Development and Land Management) öz işini bu gün də davam etdirəcəkdir.