Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev 07 avqust 2026-cı il tarixində Naxçıvan Şəhər 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.
Naxçıvan şəhər 14 nömrəli orta məktəbin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
Məlumat və əlaqə üçün: 545-01-71