Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edilməsi, tənha ahıl və əlilliyi olan şəxslərə evdə sosial xidmət göstərilməsi istiqamətində mütəmadi işlər aparılır.
Bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq 12 yanvar 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxslərinin iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüş zamanı mövcud sosial müdafiə mexanizmləri, özünüməşğulluq imkanları, sosial yardım təyinatı üçün tələb olunan prosedurlar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.