Naxçıvan Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti səyyari qəbulu keçirilib.

 

Iyulun 24-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan Naxçıvan şəhər sakinlərini qəbul edib.

İcra hakimiyyətinin və tabeli qurumların nümayəndələrinin iştirakı ilə keçirilən qəbulda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. Gülxanım Orucova son illərdə respublikamızın, o cümlədən Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

Sonra İcra başçısının müavini qəbulda iştirak edən sakinləri dinləyərək onların işə bərpa olunma, içməli və suvarma suyu, daşınmaz əmlak, məktəb tikintisi və digər məsələlərlə bağlı müraciətlərinin həll olunması üçün müvafiq tapşırıqlar verib.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.