Naxçıvan Şəhər İcra Hakimiyyətində sakinlərlə görüş keçirilib.

Oktyabrın 18-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan Naxçıvan şəhər sakinlərini qəbul edib.

İcra hakimiyyətinin və tabeli qurumların nümayəndələrinin iştirakı ilə keçirilən qəbulda ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. 

Sakinlərin yağış sularının vurduğu zərərlə və digər məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı, sabah həmin vətəndaşların yaşadığı ünvanlarda yerində baxış keçiriləcəyi və müvafiq köməklik göstəriləcəyi bildirilib.

Qəbuda iştirak edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.