Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan KOBİM-in birgə təşkilatçılığı ilə növbəti maarifləndirici təlim keçirilib.

Qaraxanbəyli kənd mərkəzində keçirilən təlimdə İcra hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun böyük məsləhətçisi Ənvər Abbasov təsərrüfatın müxtəlif sahələrində fəaliyyət göstərən şəxslərin iştirakı ilə keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb.

Naxçıvan KOBİM-in ekspertləri Mehparə Məmmədova “Ünsiyyəydə bədən dilinin əhəmiyyəti", Turqay Babayev "Məhsulun bazarda irəlilədilməsi qaydaları" mövzularında təlimlər keçib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.