Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə əlaqədar şəhid və qazi ailələrinə, aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

İyunun 6-da Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə əlaqədar şəhid və qazi ailələrinə, aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri bayram münasibətilə şəhid və qazi ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatlarını onlara çatdırıblar. Şəhid ailələri və qazilər görülən bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.
Şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli, uğurlu olmasını arzulayıblar.
Qeyd edək ki, ümumilikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə əlaqədar olaraq 135 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı, həmçinin 1035 nəfərə isə qurban payı paylanılıb.