1 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar şəhid Rüstəm Nəcəfovun anası Əhmədova Şövkət Məmməd qızı və ahıl Süleymanova Şövkət Həsən qızı ilə görüş təşkil olunub.
Görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ahıl şəxslərin cəmiyyətin mənəvi dayağı olduğunu vurğulayaraq, onların sosial rifahının təmin edilməsini dövlətin humanist siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirib. O, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının vacibliyini qeyd edərək, ahıl vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması və hüquqlarının müdafiəsinin sosial ədalət prinsipinə əsaslanan dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
Ahıl vətəndaşlar onlara göstərilən qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüş zamanı hər iki xanım 40 ildən artıq dövlət idarələrində işlədiyi xatirələrini bölüşərək göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını ifadə edib.