Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Naxçıvan şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında baş tutan qəbul zamanı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. İcra hakimiyyəti başçısının müavini qaldırılan bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və müraciətlərlə bağlı zəruri tədbirlərin görülməsi üçün aid şəxslərə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.