Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyevin növbəti səyyar qəbulu Qaraxanbəyli kəndində keçirildi.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev 29 iyun 2024-cü il tarixdə Qaraxanbəyli kəndində vətəndaşları qəbul edib.

Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt zalında Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq struktur bölmə rəhbərləri və şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda İcra hakimiyyətinin fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına göndərilib. 

Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşların səyyari qəbulu cədvəlinə əsasən keçirilib və qarşıdakı dövrdə ardıcıl olaraq yerlərdə qəbulların keçirilməsi nəzərdə tutulub.