Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev vətəndaşları qəbul edəcək

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev 06 may 2026-cı il tarixində Naxçıvan Şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
Məlumat və əlaqə üçün: 545-01-71