Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev 29 aprel 2026-cı il tarixində Naxçıvan Şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
Məlumat və əlaqə üçün: 545-01-71