Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev 4 mart 2026-cı il tarixində Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.
Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
Məlumat və əlaqə üçün: 545-01-71