Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə “20 Yanvar – Milli iradənin zəfəri” mövzusunda anım tədbiri təşkil olunub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Şəhər Təhsil şöbəsinin əməkdaşı Həlimə Seyidzadə, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Natella Rzayeva, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz Aslanova və tarix müəllimi Günay Canməmmədova çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətindən, xalqımızın milli iradəsinin sarsılmazlığından bəhs ediblər. Çıxışçılar 20 Yanvar faciəsinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu qeyd ediblər.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda mahnılar oxunub və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.