Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısı zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Sonra məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şeir, mahnı və rəqs nümunələri, milli kinomuzdan səhnəciklər nümayiş olunub.