Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

11 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramazan Nəsirov, 6 nömrəli tam orta məktəbin direktoru Samirə Abdullayeva, məktəbin tədris işləri üzrə direktor müavini Azad Şirzadov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və dövlətçilik xəttinin Azərbaycan dövlətinin möhkəmlənməsində oynadığı tarixi roldan danışıblar.
Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev ömrünü Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafına, xalqımızın firavanlığına və ölkəmizin dünya birliyində layiqli yer tutmasına həsr edib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər qiraət edilib, kompozisiya təqdim olunub və videoçarx nümayiş etdirilib.