Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin "Səslərlə yazılan tarix" adlı hesabat konserti keçirilib

İyunun 12-də Naxçıvan Şəhər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin "Konstitusiya və Suverenlik ili" çərçivəsində, Milli Qurtuluş Gününə həsr olunmuş "Səslərlə yazılan tarix" adlı hesabat konserti keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə məktəbin müəllim və şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.
Sonda Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbi Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub.