15 avqust 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.
Seminarda Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov giriş sözü ilə çıxış edərək bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Zakir Cəfərov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həmidə Qoçəliyeva çıxış edərək muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanılmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Diskussiya xarakterli keçirilən seminarın sonunda iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.