9 dekabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Heyran Əhmədova, Naxçıvan Şəhər 17 nömrəli tam orta məktəbin müəllimləri Zəhra Yusifova, Könül Seyidova, Ülkər Hüseynəliyeva, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Nərminə Cəfərova və Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Ziya Seyidli çıxış ediblər.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsindəki tarixi rolundan, təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyindən bəhs ediblər.
Tədbir iştiakçıları Ümummilli Liderin gördüyü işlərin, ideyaların bu gün də yaşadığını, Azərbaycan xalqı, dövləti var olduqca Onun əziz xatirəsinin daim xatırlanacağını, heç vaxt unudulmayacağını vurğulayıblar.
Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən Ümummilli Liderə həsr olunmuş şeirlər qiraət edilib.