"Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılğı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin direktoru Famil Abdullayev, məktəbin tarix müəllimləri Təhminə İbrahimova və Səməd Talıbov çıxış ediblər. Bildirilib ki, 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü xalqımızın minnətdarlıqla xatırladığı xüsusi gündür. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədi iz qoymuş böyük dövlət xadimidir. Onun ideyaları və dərin siyasi irsi daim gələcək nəsillərə yol göstərən bir dəyər olaraq yaşayır və yaşayacaqdır.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər qiraət edilib və videoçarx nümayiş etdirilib.