03 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və müxtəlif musiqi nömrələri səsləndirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının zəngin tarixinin, milli-mənəvi dəyərlərinin və musiqi mədəniyyətinin gənc nəsil arasında təbliği, istedadlı şagirdlərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi olub.