Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəal olan qadınlardan ibarət nümayəndə heyəti Bakıda keçirilən iclasda iştirak ediblər

İyun ayının 11-də Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər”, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövət Komitəsi tərəfindən “Orta dəhliz 360°: geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” mövzularında 2 yan tədbir baş tutub.
İyun ayının 12-də Bakıda Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin 2-ci iclası keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəal olan qadınlardan ibarət nümayəndə heyəti də iştirak edib.