Naxçıvan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəfail Əhmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə Mustafayevanın da iştirak etdiyi tədbirdə bağçanın balaca fidanları ifa etdikləri şeir, mahnı və rəqslərlə doğma diyarımız Naxçıvana öz məhəbbətlərini ifadə ediblər.