Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə 17 avqust 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə şahmat üzrə Naxçıvan şəhər açıq tempo turniri keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd muxtar respublikanın 100 illik yubileyinin qeyd edilməsi və şahmat idman növünün kütləviliyinə nail olunmasından ibarət olub.
Naxçıvan Şəhər Şahmat Mərkəzində “İsveçrə” sistemi ilə 9 turdan ibarət olaraq keçirilən yarışda müxtəlif yaşlarda peşəkar və həvəskar olmaqla 60 şahmatçı iştirak edib.
Oyunların yekun nəticəsinə əsasən, qadınlar arasında Nəsrin Babayeva, 8 yaşlılar arasında Amin Mirzəzadə, 10 yaşlılar arasında Xanım Rzayeva, 12 yaşlılar arasında Lətif Muradlı, 14 yaşlılar arasında Mirsaleh Seyidli, veteranlar arasında Adil Sevdimalıyev, ümumi xal hesabında isə Toğrul Həsənzadə, Urfan Sevdimalıyev və Pərviz Qasımov müvafiq olaraq l, ll, lll yerlərə layiq görülüblər.
Sonda yer tutan şahmatçılar mükafatlandırılıb.