Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbdə keçirilən oyunda 10 komanda üzrə 40 şagird iştirak edib.
İntellektual oyunun yekununa əsasən Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası I, 6 nömrəli tam orta məktəbin komandası II, 14 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda ilk üç yeri tutan komanda və komanda üzvlərinə təşkilatçıların diplom, kubok və hədiyyələri təqdim olunub.