
Dekabrın 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qazilər və ailələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda qəhrəmancasına canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək vurğulayıb ki, Siz Azərbaycan xalqının qürur mənbəyisiniz. Vətən torpaqlarının düşmən tapdağından azad olunması uğrunda göstərdiyiniz fədakarlıq bizim hər birimizin qəlbində əbədi yaşayacaqdır. Sizlər döyüş meydanında göstərdiyiniz qəhrəmanlıqla yeni tarix yazdınız və gələcək nəsillərə şərəfli bir miras qoydunuz.
Azərbaycan dövləti və xalqı hər zaman sizin xidmətlərinizin dəyərini bilir və sizə öz dərin hörmət və ehtiramını bildirir. Bu gün Azərbaycanın hər bir guşəsində dalğalanan üçrəngli bayrağımız, sizin əzminiz və cəsarətinizin nəticəsidir.
2025-ci ilə qədəm qoyarkən inanırıq ki, qarşıdakı illər həm dövlətimiz, həm də vətəndaşlarımız üçün daha parlaq və uğurlu olacaqdır. Biz birlikdə Azərbaycanımızın daha da güclənməsi, inkişaf etməsi üçün çalışacağıq. Qazilərimizə isə hər zaman dəstək olmaq, onların ehtiyaclarını qarşılamaq, həyatlarını daha da yaxşılaşdırmaq bizim borcumuzdur.
Tədbirdə qazilər adından çıxış edən qazi Pərviz Muradov müharibə dövrü xatirələrindən bəhs edib, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması, qazilərlə görüşlərin keçirilməsi istiqamətində görülən işlərin mənəvi dəstək olduğunu qeyd edərək belə təşəbbüskarlığa və vətənpərvərliyə görə minnətdarlığını bildirib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən qazilərə hədiyyələr təqdim olunub.
Sonda Naxçıvan şəhər 11 nömrəli Körpələr evi-uşaq bağçasının balaca fidanlarının və Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivinin ifasında rəqs nümunələri, Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında muğam və aşıq havaları ifa olunub. Şaxta baba, Qar qız və müxtəlif personajların iştirakı ilə qazi övladları üçün əyləncə təşkil olunub və onlara bayram hədiyyələri təqdim edilib.
1.jpeg)
1.jpeg)

1.jpeg)
1.jpeg)
1.jpeg)
1.jpeg)
1.jpeg)


1.jpeg)
1.jpeg)
1.jpeg)