Naxçıvan Muxtar Respublikasında Ramazan bayramı münasibətilə bayram namazı qılınıb

20 mart tarixində Naxçıvan şəhərindəki “Heydər Məscidi kompleksində”, “Sarvanlar”, “Kazım Qara Bəkir”, “Pirqəmiş” və “Cümə” məscidlərində bayram namazı qılınıb.
Naxçıvan şəhər sakinlərinin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.