Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunubdur.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yubiley tədbiri çərçivəsində Birlik üzvlərinin "Dahi bəstəkar" adlı tematik sərgisi və Naxçıvan Dövlət Universiteti, İncəsənət Fakültəsinin müəllim və tələbələrinin cəm olduğu "TURAN" vokal instrumental ansamblı təqdimatında gözəl kompozisiyalar və dahi bəstəkarın bəstələri səsləndirilibdir.