Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan KOBİM tərəfindən şəhərin Qaraçuq və Qaraxanbəyli kəndlərində keçirilən təlimlərdə kənd təsərrüfatı ilə məşğul olan şəxslər iştirak ediblər.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri İqbal Allahverdiyev giriş sözü ilə açaraq təlimin məqsədi barədə məlumat verib, bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayb.
Naxçıvan KOBİM-in təlimçiləri Asif Abdullayev “İnsan resurslarının idarə olunması”, Həsən Məmmədov “Yaşıl iqtisadiyyat”, Mehparə Məmmədova “Biznes planların hazırlanması” mövzularında təlim keçib, təsərrüfat sahiblərini maraqlandıran sualları cavabandırıblar. Sonda iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, təlimlər Naxçıvan KOBİM tərəfindən müxtəlif mövzularda olmaqla 2024-cü ilin sonuna qədər davam etdiriləcək. Maraqlanan şəxslər könüllü olaraq təlimlərdə iştirak edə bilərlər.