Naxçıvan kitab sərgisi şair, yazıçı, publisist Aqşin Yenisey və oxucularını görüşdürdü

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki "Saat Meydanı"nda keçirilən “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” festivalı ikinci günündə oxucu görüşləri, imza saatları, eləcə də panel müzakirələrlə davam edib.

Davam edən oxucu görüşləri və imza saatları kitab festivalında şair, yazıçı və publisist Aqşin Yeniseyi öz sevimli oxucuları ilə görüşdürdü.