Naxçıvan kitab festivalında "Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi" mövzusunda panel müzakirə keçirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiası İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 10-da "Saat Meydanı"nda keçirilən "BOOKFEST Naxçıvan kitab sərgisi 2025" kitab festivalında "Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi" mövzusunda panel müzakirə keçirilib.

Panel müzakirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli və Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev tərəfindən Heydər Əliyevin kitaba və mütaliəyə verdiyi önəm, bu sahədəki təşəbbüsləri və mədəni irsin qorunmasındakı rolu müzakirə olunub.