11 İyun 2025, Çərşənbə

Naxçıvan Gənclik Mərkəzində şəhid polis serjantı Əsgərov Ələsgərin əziz xatirəsinə həsr olunmuş anım tədbiri qeyd edilib.

12 may 2024-cü il tarixdə Naxçıvan Gənclik Mərkəzində şəhid polis serjantı Əsgərov Ələsgərin əziz xatirəsinə həsr olunmuş anım tədbiri qeyd edilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Günay Malikqızı, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, din xadimləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiət nümayəndələri iştirak edib.