5 dekabr 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasında “Muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin əməkdaşı Qurbani İbrahimov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənova çıxış edərək uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanılmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Naxçıvan şəhər 8 nömrəli uşaq bağçasının müdiri Lamiyə Abdullayeva seminarın təşkilatçılarına öz minnətdarlığını bildirib.
Sanitar-gigiyenik vəziyyətə məsul şəxslərlə yanaşı, müəllimlərin də iştirak etdiyi seminar diskussiya xarakterli olub.