"Mütaliənin təhsilə faydası" mövzusunda panel müzakirə keçirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiası İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 9-da "Saat Meydanı"nda keçirilən "BOOKFEST Naxçıvan kitab sərgisi 2025" kitab festivalında "Mütaliənin təhsilə faydası" mövzusunda panel müzakirə keçirilib.

Panel müzakirədə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin rəhbəri Şəmil Sadıq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar tərəfindən mütaliənin təhsil sahəsindəki rolu və əhəmiyyəti geniş müzakirə olunub.