“Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir” mövzusunda tədbir keçirilib.

18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə 14 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. İcra hakimiyyəti başçısının müavini müstəqilliyin ilk illərində ölkədə iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyünü, məhz, o çətin dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıtdığını və müstəqilliyimizi əbədi və dönməz etdiyini diqqətə çatdırıb. 

Bildirilib ki, ulu öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qalib Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir.

Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva, məktəbin direktoru Famil Abdullayev, müəllimlər Təhminə İbrahimova, Xanımzər Əliyeva, Səməd Talıbov, 10-cu sinif şagirdləri Ayşən Məmmədova, İnci Əliyeva və digərləri müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan və qazanılan uğurlardan bəhs ediblər. Sonra  şagirdlərlə müstəqillik və onun qorunub saxlanılması yolları haqqında ümumi müzakirə aparılıb.