Mühasiblər üçün təlimlər keçirilib

16-27 may tarixlərində Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabe qurumları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, Şahbuz və Şərur rayon icra hakimiyyətləri, o cümlədən Ordubad və Culfa rayonlarının mühasibatlıq sahəsində çalışan 230-dan çox əməkdaşına təlim keçirilmişdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Şəhla Hüseynli tərəfindən əməkdaşların peşəkarlıq bacarıqlarını inkişaf etdirmək üçün keçirilən  təlimlərdə iştirakçıların sualları cavablandırılıb. 

Növbəti belə təlim mayın 29-da Kəngərli, Babək və Sədərək rayon icra hakimiyyətlərindən 90 nəfər mühasibin iştirakı ilə keçiriləcək.