16-27 may tarixlərində Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabe qurumları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, Şahbuz və Şərur rayon icra hakimiyyətləri, o cümlədən Ordubad və Culfa rayonlarının mühasibatlıq sahəsində çalışan 230-dan çox əməkdaşına təlim keçirilmişdir.
Növbəti belə təlim mayın 29-da Kəngərli, Babək və Sədərək rayon icra hakimiyyətlərindən 80 nəfər mühasibin iştirakı ilə keçirilib.
Təlim Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Könül Məmmədova və İcra hakimiyyətinin əməkdaşı Şəhla Həsənli tərəfindən keçirilib.