Qəhrəmanlar unudulmur layihəsi çərçivəsində dekabrın 15-də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Texniki kollecdə tədbir keçirilib. İlk növbədə ümummili liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə Texniki Kollecin direktoru Asəf Ruşanov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, ikinci vətən müharibəsi əlili Arif Niftəliyev çıxış edərək Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində torpaqlarımızın düşmən işğalından azad edilməsindən, ordumuzun şücaət və qəhrəmanlığından danışıblar. Dövlətimizin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Tələbələrin ifasında səsləndirilən şeirlər, mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sonda müharibə əlilləri ilə xatirə şəkili çəkdirilib.