“Milli dəyərlər və uşaqlar” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və məktəbin direktoru Abdulla Əsgərov çıxış edərək yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində təhsil müəssisələrinin rolundan danışıblar. Qeyd olunub ki, bu gün müəllimlərin və valideynlərin üzərinə düşən vəzifələrdən biri də böyüməkdə olan nəslə milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, zəngin tariximizi layiqincə təbliğ etməkdən ibarətdir.

Məktəbin şagird, müəllim, psixoloq və sinif rəhbərlərinin iştirak etdiyi tədbirin sonunda iştirakçılara maarifləndirici broşürlər paylanıb.