“Milli dəyərlər və uşaqlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən elan olunmuş “Təbliğat-100” layihəsi və “18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü” münasibətilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək uşaqların milli dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bilikli, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq əsl Azərbaycan xanımı yetişdirmək məqsədinə xidmət edən Naxçıvan Qızlar Liseyinin özünəməxsus ənənələri vardır.

50  nəfərin yararlandığı tədbirin sonunda iştirakçılara broşürlər paylanılıb.