Meyvə bağlarına görə veriləcək əkin əmsalları və əkin subsidiyasının məbləğləri barədə istehsalçıların maarifləndirilməsi üçün tədbir keçirilib

Fevralın 20-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, həmçinin kənd təsərrüfatı istehsalçıları iştirak ediblər. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev giriş sözü ilə tədbiri açaraq keçirilən tədbirin mahiyyətindən danışıb. Daha sonra tədbirdə qeyd olunan məsələlərlə bağlı mövzular ətrafında çıxışlar dinlənilib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən meyvə bağları ilə bağlı məsələləri özündə əks etdirən Azərbaycan Respublikasının Aqrar Subsidiya Şurası tərəfindən Naxçıvan Muxtar Respublikasında meyvə bağlarına görə veriləcək əkin əmsalları və əkin subsidiyasının məbləğləri barədə qəbul edilmiş yeni qərarla bağlı istehsalçıların maarifləndirilməsindən ibarətdir. 

Tədbirin sonunda istehsalçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.