Mayın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyevin vətəndaşlarla növbəti səyyar qəbulu keçirilib.

 Vətəndaşlarla təşkil olunmuş görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Gülxanım Orucova, şöbə müdirləri və qəsəbə sakinləri iştirak ediblər.

  Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında keçirilən qəbulda ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmaqdır.

  Qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

  Vətəndaşlar onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Mayın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyevin vətəndaşlarla növbəti səyyar qəbulu keçirilib.

 Vətəndaşlarla təşkil olunmuş görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Gülxanım Orucova, şöbə müdirləri və qəsəbə sakinləri iştirak ediblər.

  Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında keçirilən qəbulda ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmaqdır.

  Qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

  Vətəndaşlar onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.