Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin XI sinfini bitirən məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.
Naxçıvan şəhərində yerləşən 8 ümumtəhsil məktəbinin binasında keçirilən imtahanlarda, ümumilikdə, 2555 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 32 rəhbər, 251 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.
Qeyd edək ki, imtahanların yüksək səviyyədə təşkili məqsədi ilə Naxşıvan Şəhər İcra Hakimiyyəti tərəfindən imtahan binalarının ərazisində müvafiq işlər görülüb.